İngiltərə Premyer Liqasının aprelin ən yaxşı məşqçisi mükafatına “Everton”un baş məşqçisi Şon Dayş layiq görülüb.
 
Matc.az xəbər verir ki, keçən ay "Everton" Premyer Liqada 4 oyunda qol buraxmadan qələbə qazanıb.
 
Ən yaxşı məşqçi mükafatına Mikel Arteta (“Arsenal”) və Pep Qvardiola (“Mançester Siti”) də namizəd olub.
 
Dayş daha əvvəl bu mükafatı 2018-ci ilin martında və 2020-ci ilin fevralında "Börnli"nin çalışdırıcısı kimi qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest