Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi, hazırda "Liverpul"da çalışan Yurgen Klopp Çempionlar Liqasının finalında kimə azarkeşlik edəcəyini açıqlayıb.
 
Matc.az almaniyalı mütəxəssis  "bu oyunu azarkeş kimi izləyəcəksiniz, yoxsa ekspert kimi" sualına cavab verib:
 
"Təbii ki, azarkeş kimi! Ekspert? Dəlisiniz? “Borussiya” üçün çox xoşbəxtəm. Tanıdığım insanların hələ də komandada olduğunu görmək çox xoşdur. Bu, böyük, çox əla nailiyyətdir. Gözəl hekayə alınıb".
 
Qeyd edək ki, Yurgen Klopp 2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest