FİFA məhkəməyə verilə bilər. Matc.az xəbər verir ki, buna səbəb ali futbol qurumunun 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının formatını yeniləmək və iştirakçı sayını 32 komandaya çatdırmaq qərarıdı.

FİFA Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) və Dünya Liqa Forumu (WLF) tərəfindən hüquqi tədbirlərlə hədələnib. Onlar prezident Canni İnfantinoya məktub göndərərək, ondan turnirin bu formatda keçirilməsi ideyasından imtina etməsini tələb ediblər.

“Oyunçular sağlamlıqlarından narahatdılar. Yeni format isə ciddi zədə riskini artırır və onların fundamental hüquqlarına təsir edir”, - deyə məktubda yazılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest