09 May 2024, 01:05
ÇEMPİONLAR LİQASI
Çempionlar Liqasında (ÇL) ikinci finalçı müəyyənləşib. Matc.az xəbər verir ki, bu gün turnirdə yarımfinal mərhələsinin ikinci cavab oyunu keçirilib.
“Real” Madriddə “Bavariya”nı qəbul edib. Oyun Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ümumi hesabda 4:3 qalib gələn "Real" ÇL-in finalında "Borussiya"ya rəqib olub.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
“Real” (İspaniya) – “Bavariya” (Almaniya) 2:1
Qollar: Xoselu, 88, 90 - Alfonso Deyvis, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid, “Santyaqo Bernabeu”
İlk oyun – 2:2