Türkiyənin "Qalatasaray" klubu gənc müdafiəçisi Emin Bayramı yenidən icarəyə göndərib. Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu qarşıdakı mövsümü də "Boluspor"da keçirəcək.
 
Bu barədə TFF 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mərkəz müdafiəçisi geridə qalan mövsümün ikinci dövrəsini də məhz "Boluspor"da icarədə keçirmişdi. İstanbul təmsilçisi gənc futbolçusunun daha bir il icarədə oynamasına qərar verib. O, geridə qalan mövsümdə Bolu təmsilçisinin heyətində 10 rəsmi matça çıxıb.
 
"Boluspor" Eminlə yanaşı, Albaniyanın "Teuta" klubunun yarımmüdafiəçisi Deyvi Brequnu da heyətinə qatıb. 25 yaşlı vingerlə 2 illik müqavilə imzalandığı açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest