Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" bu gün daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv "Sabah"la qarşılaşıb.

"Bank Respublika Arena"da keçirilən oyun məhsuldar alınıb. üç qolun qeydə alındığı qarşılaşma "Keşlə"nin qələbəsiylə yekunlaşıb. "Keşlə"nin heyətində Rəhman Hacıyevlə Azər Salahlı fərqlənib. "Sabah"ın təsəlli qoluna isə Slavik Alxasov imza atıb.

Buna qədər "Sabah" yeni mövsümə hazırlıq çərçivəsində bir yoxlama oyunu keçirmişdi. Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv "Zirə" ilə qolsuz bərabərə qalmışdı. "Keşlə" isə daha öncə iki yoxlama oyunu keçirmişdi. "Qarabağ"a 0:7 hesabıyla uduzan bakılılar, "Səbail"lə heç-heçə etmişdilər – 1:1.

Yoxlama oyunu
13 iyul

Sabah – Keşlə 1:2
Masazır. "Bank Respublika Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest