Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" 2020/21 mövsümünün sonunda Ukrayna Premyer Liqasından düşməsinə baxmayaraq, yeni mövsümdən elitada çıxış edə bilər.
 
Matc.az Ukrayna mətbuatına xəbər verir ki, bu yaxında Donetsk "Olimpik"i Ukrayna çempionatından çıxdığını və peşəkar fəaliyyətinin dayandırdığını elan edib.
 
Nəticədə bu klubun əvəzinə "Minay" yüksək liqaya qayıdacaq. Bunun rəsmən təsdiqlənməsi Ukrayna Futbol Assosiasiyasının növbəti iclaslarından birində reallaşacaq. 
 
Qeyd edək ki, "Minay" debütantı olduğu Premyer Liqada keçən mövsümü sonuncu pillədə tamamlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest