"Real"ın prezidenti Florentino Peresin komandanın keçmiş futbolçuları İker Kasilyas və Raul Qonsalesi tənqid etdiyi ilə bağlı səsyazma ortaya çıxıb.
 
Matc.az xəbər verir ki, "El Confidential" nəşrinin ortaya çıxardığı audioyazıda Peres Madrid klubunun keçmiş futbolçuları İker Kasilyas və Raulu "fırıldaqçı" adlandırıb:
 
"Kasilyas heç vaxt "Real"a uyğun qapıçı olmayıb. Bu, bizim üçün böyük uğursuzluq idi. Azarkeşləri onu çox müdafiə edirlər. Ən böyük fırıldaqçılardan birincisi Kasilyas, ikincisi isə Rauldur".
 
Kasilyas 1996-2015, Raul isə 1994-2010-cu illərdə "Real"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest