İngiltərənin "Norviç Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Nitsa" klubunun yarımmüdafiəçisi Pyer Lis-Melunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
"Norviç Siti" klubu bu transfer üçün qarşı tərəfə 5 milyon funt-sterlinq ödəyib.
 
Pyer Lis-Melu 2017-ci ildən "Nitsa"nın uğurları üçün çalışırdı. Bu komandanın heyətində bütövlükdə 140 matça çıxıb, 18 qol vuran fransız yarımmüdafiəçi, əvvəllər "Dijon"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest