İspaniyanın "Vilyarreal" klubundan ayrılan Karlos Bakka özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, kolumbiyalı forvard bundan sonrakı karyerasını La Liqanın digər təmsilçisi "Qranada"da davam etdirəcək.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçunun azad agent kimi keçdiyi "Qranada" ilə bağladığı müqavilənin müddəti və digər detalları açıqlanmır.
 
Bakka 2017-ci ildən "Vilyarreal"da çıxış edirdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest