Hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.
 
Matc.az xəbər verir ki, bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.
 
Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest