Xatırladaq ki, "Sumqayıt" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası "Keçiörengücü" ilə "Qaziantep"ə 1:2, "Sivasspor"a isə 0:2 hesabıyla uduzmuşdu.

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Rumıniya təmsilçisi "Petrolul" ilə qarşılaşıb. "Sumqayıt" bu oyunda 0:2 hesabı ilə məğlub olub.
 
Beləliklə, "Sumqayıt" 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah vətənə qayıdacaq.
 
Xatırladaq ki, "Sumqayıt" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası "Keçiörengücü" ilə "Qaziantep"ə 1:2, "Sivasspor"a isə 0:2 hesabıyla uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest