"Neftçi" fransız müdafiəçi Romen Baskın transferi ilə bağlı detalları açıqlayıb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb.
 
Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçu yeni komandasının heyətində "14" nömrəli formanı geyinəcək.
 
Romen Bask Fransanın "Keviyi Ruan" (2014-2018) və "Havr" (2018-2021) klublarında çıxış edib. O, sonuncu Liqa 2 mövsümündə "Havr"ın heyətində 31 oyun keçirib, 3 qol vurub.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest