Vesoviç karyerası ərzində Serbiyada "Srvena Zvezda", İtaliyada "Torino", "Spetsiya", Xorvatiyada "Riyeka", Polşada "Legiya" kimi klublarda çıxış edib. Müdafiəçi Monteneqro millisində 30 oyunda 2 qol vurub.

Son klubu Polşa "Legiya"sı olan Marko Vesoviç karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı cinah müdafiəçisi ilə "Qarabağ" klubu yaxından maraqlanır.
 
Monteneqro milli komandasının üzvü olan Vesoviç "instagram" hesabında "Qarabağ"ı izləməyə başlayıb.
 
Vesoviç karyerası ərzində Serbiyada "Srvena Zvezda", İtaliyada "Torino", "Spetsiya", Xorvatiyada "Riyeka", Polşada "Legiya" kimi klublarda çıxış edib. Müdafiəçi Monteneqro millisində 30 oyunda 2 qol vurub.
 
Hazırda azad agent olan Vesoviçlə Türkiyənin "Göztəpə" klubu da maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest