"Səbail" 2021/22 mövsümünə hazırlıq çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gəlib.
 
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.
 
Qeyd edək ki, "Səbail" ilk yoxlama oyununu "Keşlə"yə qarşı keçirmiş və həmin oyunda da 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest