"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyədə klubunu dəyişib. Matc.az xəbər verir ki, son 2 mövsümü "Kayserispor"da keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi bundan sonra Super Liqanın digər təmsilçisi "Sivasspor"da çıxış edəcək.
 
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. 31 yaşlı vinger yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
 
Qeyd edək ki, Pedro Enrike 2017/18 mövsümündə Yunanıstan PAOK-unda olarkən "Qarabağ"a icarəyə verilib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 oyunda 6 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest