"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç FİFA-nın onun Azərbaycan millisində oynamasına razılıq verməsi barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, "Sportske novosti" nəşrinə açıqlamasında baş məşqçi Canni De Byazinin ilk vaxtlardan onu komandasında görmək istədiyini bildirib:
 
"Canni De Byazi zəng vurub dedi ki, FİFA yaşıl işıq yandırıb və sən artıq Azərbaycan millisinin üzvüsən. Daha sonra məni təbrik etdi. Mən isə yığmaya bacardığım qədər kömək edəcəyimə dair ona söz verdim. İtaliyalı mütəxəssislə yazda da görüşmüşdük. Mənim milli komandadakı çıxışmla bağlı planlarını açıqlamışdı. Onun fikrinə hörmətlə yanaşıram".
 
30 yaşlı oyunçu Azərbaycan millisini seçməsinin səbəbini də açıqlayıb: "Xorvatiya yığmasında oynamaq şansımın olmadığını bildiyim üçün artıq bu vəziyyətlə barışmışdım. 30 yaşım var və mən realist insanam. İki variantım var idi: milli səviyyəsində futboldan imtina etmək və ya Azərbaycan yığmasının formasını geyinmək".
 
Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Futbolçu "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest