Azərbaycan çempionu "Neftçi" bu gün UEFA çempionlar Liqasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, "ağ-qaralar" qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsi çərçivəsində "Olimpiakos"la qarşılaşıb.

Yunanıstan çempionu ilə ilk qarşılaşma səfərdə baş tutub. Meydan sahibləri minimal hesabla qalib gəliblər.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda keçiriləcək. "Neftçi" "Olimpiakos" səddini keçsə, 3-cü mərhələdə "Mura" (Sloveniya) – "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olan komanda isə Avropa Liqasında "Malmö" (İsveç) – HİK (Finlandiya) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
21 iyul

Olimpiakos – Neftçi 1:0
Qol: M.Kamara, 29.
Qırmızı vərəqə: M.Kamara, 43 – M.çelik, 63.
Baş hakim: Joao Pineyro (Portuqaliya).
Pirey. Georgios Karaiskakis stadionu.

Olimpiakos: 88. Kostas Tzolakis, 3. Ruben Semedo, 4. Məhəmməd Kamara, 5. Andreas Buxalakis (k), 9. Ahmed Hassan, 14. Tanasis Andrutsos, 18. Pyer Kunde Malonq, 19. Georgos Masuras, 25. Svetozar Markoviç, 45. Oleq Ryabçuk, 97. Lazar Randeloviç.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 31. Oqmundur Kristionsson, 44. İlias Karagiris, 12. Alqassime Bah, 17. Marius Vrusai, 20. Nikola çumiç, 22. Aqibu Kamara, 27. Kenni lala, 28. Matye Valbune, 66. Pape Abu Sisse, 90. Vasilis Surlis.
Baş məşqçi: Pedro Martins.
Neftçi: 30. Aqi Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 20. Mert çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 14. Romen Bask, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest