Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva Tokio-2020 Yay Olimpiya Oyunlarında yeni uğura imza atıb. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu buna F qrupunda çin yığmasını 5:0 hesabı ilə məğlub etdikləri matçda nail olub.
 
Belə ki, sözügedən qarşılaşmada iki qol vuran Marta, ardıcıl 5-ci olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.
 
35 yaşlı hücumçu 2004, 2008, 2012 və 2016-cı illərdəki olimpiadalarda da qol vurmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest