"Matçın gedişində həyəcanımızı boğa bildik. Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı. Bir həftə sonra doğma meydanda azarkeşlərimizin qarşısında oynayacağıq"

"Bu oyun bizim Avropa səhnəsində ikinci qarşılaşmamız idi. Maraqlı mübarizəyə şahidlik etdik". Matc.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov deyib.
 
"Gənclik şəhəri" təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belqradda "çukariçki" ilə qarşılaşdı. Qolsuz bərabərliklə başa çatan oyundan sonra fikirlərini açıqlayan mütəxəssis bildirib ki, qarşılaşmanın əvvəlində futbolçularının  həyəcanlı olduğu hiss edilirdi: "Bu da səbəbsiz deyil, çünki heyətimiz gənc futbolçulardan qurulub. Lakin, matçın gedişində həyəcanımızı boğa bildik. Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı. Bir həftə sonra doğma meydanda azarkeşlərimizin qarşısında oynayacağıq. Onlar da bizim üçün darıxıblar. ümidvaram ki, azarkeşlərimiz önündə sərfəli nəticə əldə edərək, turu keçən tərəf biz olacağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest