Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib. Matc.az PFL-ə istinadən xəbər verir ki, 13 sentyabrda start götürəcək çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək.
 
ötən mövsüm I Divizionda 10 komanda çıxış etmiş və çempion "Neftçi-2" olmuşdu. Yeni mövsümdə "Zirə", "Qəbələ" və "Səbail"in də əvəzedici komandaları mübarizəyə qoşulacaq.
 
Yeni mövsümdə I Divizionda aşağıdakı komandalar çıxış edəcək:
 
Neftçi-2
Zaqatala
Turan Tovuz
Sabah-2
Qarabağ-2
Keşlə-2
Kəpəz
Qaradağ Lökbatan
Sumqayıt-2
MOİK
Zirə-2
Səbail-2
Qəbələ-2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest