Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" doğma meydanda lider "Paykan"lə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına üzülüb – 0:5.
 
Təbrizin daha məşhur təmsilçisi "Traktor" isə səfərdə lider "Persepolis"l’ üz-üzə gəlib. "Traktorçular" da turu məğlubiyyətlə başa vurublar - 1:3.
 
Hazırda 42 xalı olan "Traktor" 16 kollektiv arasında 6-cı, 14 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest