29 İyul 2021, 07:55
DÖYÜŞ NÖVLƏRİ
Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Matc.az xəbər verir ki, cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 1/16 final görüşündə fransalı Aleksandr İddiri ilə qarşılaşan idmançımız vazari xalı ilə qələbə qazanıb.
1/8 final cəhdi isə uğursuz olub. Kotsoyev bu mərhələdə Kanada təmsilçisi Şadi Elhanasa ippon fəndiylə uduzaraq, mübarizəni erkən dayandırıb.
Boksçu Məhəmməd Abdullayev də 1/8 finalda dayanıb. + 91 kq çəki dərəcəsində özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla döyüşən idmançımız rinqdən məğlub ayrılıb. Hər 3 raudda rəqibindən geri qalan Abdullayev 0:5 hesabı ilə uduzaraq, Yay Olimpiya Oyunları ilə vidalaşıb.