Limassol şəhərini təmsil edən bu komanda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Vlajniya"nı (Albaniya) üstələyib. Kipr klubu bu rəqibinə həm səfərdə, həm də öz meydanında eyni hesabla qalib gəlib - 1:0.

"Qarabağ"ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Kiprin AEL komandası ilə üz-üzə gələcək.
 
Limassol şəhərini təmsil edən bu komanda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Vlajniya"nı (Albaniya) üstələyib. Kipr klubu bu rəqibinə həm səfərdə, həm də öz meydanında eyni hesabla qalib gəlib - 1:0.
 
"Qarabağ"ın AEL ilə ilk oyunu avqustun 5-də Limassolda, cavab qarşılaşması isə avqustun 12-də Bakıda baş tutacaq.
 
Qeyd edək ki, Qurban Qurbanovun çalışdırdığı komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"u mübarizədən kənarlaşdırıb - 0:0, 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest