30 İyul 2021, 14:43
DÖYÜŞ NÖVLƏRİ
Tokio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün rinqə çıxanlar arasında Azərbaycan təmsilçisi də olub.
Millimizin kubalı legioneri Alfonso Dominqes (81 kq) 1/4 final mərhələsində türkiyəli Bayram Malkanla üz-üzə gəlib.
İlk raund türkiyəli boksçunun üstünlüyü ilə başa çatıb. İkinci döyüşdə isə bütün hakimlər qələbəni Alfonsoya verib. Həlledici raundda isə rəqibi məğlub edən legionerimiz yarınfinala yüksəlib - 5:0 (28:27, 29:26, 28:27, 29:26, 28:27). Bununla, boksçumuz özü üçün medalı təmin edib.
Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.