Tokio Yay Olimpiya Oyunlarının 8-ci günündə - 31 iyulda bir idmançımız medallar uğrunda yarışacaq. Matc.az xəbər verir ki, Cavid çələbiyev (63 kq) 1/8 final döyüşünə çıxacaq.
 
29 yaşlı boksçumuzun rəqibi Ermənistan təmsilçisi, Avropa çempionu və dünya çempionatının bürünc medalçısı Hovanes Baçkov olacaq. Döyüşün startı Bakı vaxtı ilə saat 07:36-ya planlaşdırılıb.
 
Qeyd edək ki, Cavid çələbiyev 1/16 finalda Yaroslav Hartsizi mübarizədən kənarlaşdırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest