"Yuventus"un və Fil Dişi Sahili millisinin vingeri Jeremi Boqa zədələnib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçunun sol ayağının budunun ikibaşlı əzələsində orta dərəcəli yırtıq aşkar edilib. Həkimlərin proqnozlarına görə, bərpa prosesi təxminən 1 ay çəkəcək. 29 yaşlı vinger yaşıl meydanlara milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra qayıdacaq.
Beləliklə, Boqa sentyabrın əvvəlindən bəri "Yuventus"un zədələnən dördüncü oyunçusu olub. Ondan əvvəl Kenan Yıldız, Kefren Türam və Manuel Lokatelli uzun müddətə sıradan çıxmışdılar.
Cari mövsümdə Boqa "Yuventus"un A Seriyasındakı hər 3 oyununda iştirak edib və meydanda ümumi olaraq 104 dəqiqə keçirib. O, məhsuldar hərəkətlərlə fərqlənə bilməyib.
Onun müqaviləsi 2029-cu ilin yayına kimidir və transfer dəyəri 8 milyon avro qiymətləndirilir.





_1788970912.jpg)



_1788964028.jpg)



