Tokio Yay Olimpiya Oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir boksçusu mübarizə aparıb. Dünya çempionumuz Cavid çələbiyev ikinci görüşünə çıxıb.
 
63 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu Ovanes Baçkovla üz-üzə gəlib. İlk raunda fəal təsir bağışlayan çələbyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.
İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.
üçüncü raundda çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub - 4:1.  
Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
 
Qeyd edək ki, Cavid çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest