Tokio Yay Olimpiya Oyunlarında cüdoda mikst (kişlər və qadınlardan ibarət) komandaların mübarizəsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, finalda Fransa və Yaponiya qarşılaşıb. Klariss Aqbenyenu, Romana Dikko, Sara-Leoni Sizik, Aksel Klerje, Teddi Riner və Qiyom Şendən ibarət Fransa komandası 4:1 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
 
Niderlanddan güclü olan Almaniya və ROK-u (Rusiya Olimpiya Komitəsi) məğlub edən İsrail bürünc medal qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest