"Qəbələ" heyətinə daha bir müdafiəçi cəlb edir. Matc.az xəbər verir ki, əyalət təmsilçisi braziliyalı mərkəz müdafiəçisi Ruan Renato ilə anlaşmaq üzrədi. 27 yaşlı futbolçunun transferinin yaxın zamanda rəsmən açıqlanması gözlənilir. 
 
Renatonun son iş yeri Braziliya B Seriyası təmsilçisi "Ponte Preta" olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışır. Ruan Renato peşəkar karyerasına 2015-ci ildə "Santa Rita" klubunda başlayıb.
 
Daha sonra ölkəsində "Quaratingeta", "Yuventude", "Vitoriya", "Fiqeyrense", "Botafoqo" kimi klublarda oynayıb. 2017/18 mövsümündə isə  Avstriyanın "Austriya" (Vyana) klubunda icarədə çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest