Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.
 
Rəqibinə məğlub olan Dominqes olimpiadanın bürünc medalı ilə kifayətlənib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb. Dominqes üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.
 
Alfonso Dominqes 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.
 
Qeyd edək ki, bu, Azərbaycanın Tokio-2020-də qazandığı ikinci medaldı. Daha öncə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) da bürünc medala sahib çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest