01 Avqust 2021, 15:48
DÖYÜŞ NÖVLƏRİ
Qərara etiraz əlaməti olaraq Murad rinqi tərk etməkdən imtina edib və qeyri-etik hərəkətləri ilə diqqət mərkəzinə düşüb. O, təxminən 30 dəqiqə rinqin kənarında oturub. Bir müddət sonra Əliyev oradan ayrılsa da, çox keçməmiş yenidən geri qayıdıb.
Tokio-2020-də superağır çəkili (+91 kq) kişi boksçuların mübarizəsində qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, Fransanı təmsil edən Azərbaycan əsilli Murad Əliyev 1/4 final mərhələsi çərçivəsində Freyzer Klarkla (Böyük Britaniya) qarşılaşıb. Döyüşün gedişində hakim Əliyevin rəqibinə başla zərbə endirdiyini bildirib və nəticədə 26 yaşlı idmançı diskvalifikasiya edilib.
Qərara etiraz əlaməti olaraq Murad rinqi tərk etməkdən imtina edib və qeyri-etik hərəkətləri ilə diqqət mərkəzinə düşüb. O, təxminən 30 dəqiqə rinqin kənarında oturub. Bir müddət sonra Əliyev oradan ayrılsa da, çox keçməmiş yenidən geri qayıdıb.
Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Murad 6 yaşından Fransada yaşayır.