Tokio Yay Olimpiya Oyunlarının 10-cu günündə - 2 avqustda üç idmançımız medallar uğrunda yarışacaq. Matc.az xəbər verir ki, Ruslan Lunyov 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçmada təsnifatın ikinci mərhələsində mübarizə aparacaq. Hazırda 32 yaşlı idmançımız 26 nəfər arasında 23-cü sırada qərarlaşıb. İkinci təsnifat etapı Bakı vaxtı ilə saat 03:30-da start götürəcək. Finala vəsiqə qazanmaq üçün "ilk altılıq"da qərarlaşmaq lazımdı.
 
2 avqust güləşçilərimizin mübarizəyə qoşulması baxımından əlamətdar olacaq. Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) 1/8 final qarşılaşmasına çıxacaq. Onun rəqibi Aleks Kessidis (İsveç) olacaq. Döyüş Bakı vaxtı ilə saat 07:19-a təyin edilib.
 
Qadın sərbəst güləşçilərimizdən Elis Manolova (68 kq) da 10-cu gündə Tokio-2020-də debüt edəcək. 25 yaşlı idmançımızın 1/8 finaldakı rəqibi Blessinq Oborududu (Nigeriya) olacaq. Manolovanın döyüşünün startı da Bakı vaxtı ilə saat 07:19-a planlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest