Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stüart Dauninq peşəkar karyerasını bitirdiyini elan edib. Matc.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun sonuncu klubu "Blekbern" məlumat yayıb.
 
Dauninq peşəkar karyerasına 2001-ci ildə "Midlsbro"da başlayıb və 2009-cu ilə qədər bu komandanın uğurları üçün çalışıb. 2003-cü ildə o, qısa müddət "Sanderlend"də də icarədə oynayıb. Daha sonra o, "Aston Villa", "Liverpul", "Vest Hem"də oynayıb və 2015-ci ildə yenidən "Midlsbro"ya qayıdıb. Vinger 2019-cu ildən "Blekbern"in formasını geyinirdi. Təcrübəli futbolçu İngiltərə yığmasında da 35 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest