Azərbaycanlı güləşçi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı "bürünc" uğrunda Ermənistan təmsilçisi Karapet çalyanla güləşib.
 
Hüseynov erməni rəqibini 4:1 hesabıyla məğlub edərək, bürünc medalı qazanıb.
 
Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.
 
Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest