22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq. Görüş sabah keçiriləcək.

Tokio-2020-də yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finala kimi irəliləməyi bacarıb.
 
22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq. Görüş sabah keçiriləcək.
 
Qeyd edək ki, Pərvizin 6 yaşı olarkən ailəsi Ukraynaya köçüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest