İngiltərənin "Liverpul" klubu braziliyalı futbolçusu Fabinyo ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.
 
Qeyd edək ki, Fabinyo 2018-ci ildə "Monako"dan "Liverpul"a transfer olunub. O, İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 122 matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest