Tokio-2020-nin 13-cü günündə sərbəst güləşçimiz Turan Bayramov (74 kq) mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, Bayramov 1/8 finalda Vasil Mixaylovla (Ukrayna) qarşılaşıb. Görüş 20 yaşlı idmançımızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Turanın 1/4 finaldakı rəqibi ikiqat dünya, dördqat Avropa çempionu və Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Frank çamiso olub. İdmançımız rəqibinə xal hesabında 1:3 uduzaraq, qızıl medal qazanmaq şansını itirib. çamiso finala kimi irəliləyəcəyi təqdirdə Bayramov təsəlliverici görüşlərdə iştirak haqqı əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest