Avqustun 7-də əvvəlcə Braziliya və Argentina milliləri bürünc medalçını müəyyənləşdirəcəklər. Ardınca isə final matçı oynanılacaq. ROK və Fransa çempionluq uğrunda mübarizə aparacaqlar.

Tokio Yay Olimpiya Oyunlarında voleybol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün kişi voleybolçuların mübarizəsində yarımfinal mərhələsinə start verilib. Günün ilk oyununda Braziliya və ROK (Rusiya Olimpiya Komitəsi) üz-üzə gəlib. İlk seti cənubi amerikalılar aktivlərinə yazdırıblar. İkinci setdə toparlanan ruslar hesaba tarazlıq gətiriblər. üçüncü set dramatikliyi ilə diqqət çəkib. Setin gedişində Braziliya 20:13 hesabı ilə öndə olsa da, ROK geridönüş edərək 26:24 hesabı ilə qələbə qazanıb. Tuomas Sammelvuonun yetirmələri dördüncü setdə də rəqiblərini üstələməyi bacarıblar. Maksim Mixaylov 22 xalla qalibiyyətin əsas memarlarından olub. Braziliyanı məğlub edən (3:1) Rusiya Olimpiya Komitəsi finala adını yazdırıb.
 
İkinci yarımfinal görüşü Fransa və Argentina arasında oynanılıb. Matç "xoruzlar"ın üstünlüyü şəraitində keçib. Nəticədə Fransa rəqibinə set vermədən qalib gəlib və finala çıxıb. Jan Patri (15 xal) və Trever Kleveno (14 xal) qələbədə böyük rol oynayıblar. Qeyd edək ki, Fransanın kişi voleybolçulardan ibarət yığma komandası daha öncə heç vaxt Olimpiadanın finalında oynamayıb.
 
ROK (Rusiya Olimpiya Komitəsi) - Braziliya - 3:1 (18:25, 25:21, 26:24, 25:23)
 
Fransa - Argentina - 3:0 (25:22, 25:19, 25:22)
 
Avqustun 7-də əvvəlcə Braziliya və Argentina milliləri bürünc medalçını müəyyənləşdirəcəklər. Ardınca isə final matçı oynanılacaq. ROK və Fransa çempionluq uğrunda mübarizə aparacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest