Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq "Volfsburq"da çıxış edən Ceffri Brumanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Niderland milli komandasında 25 oyuna çıxan Bruma, daha əvvəl İngiltərədə "çelsi", "Lester", Almaniyada "Şalke", "Hamburq", "Maynts", Niderlandda PSV kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest