"Qəbələ" Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.

Yeni mövsümə hazırlaşan "Qəbələ" transfer çalışmalarını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" heyətinə daha bir futbolçu qatıb. Braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalanıb.
 
27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi "Ponte Preta" olub. Renato daha öncə vətənində "Santa Rita" (2015), "Quaratinqueta" (2015-18), "Yuventud" (2016-17, icarə əsasında), "Vitoriya" (2018-20), "Fiqueyrense" (2019, icarə əsasında), "Botafoqo" (2020, icarə əsasında), həmçinin Avstriyanın "Austriya" (2017-18, icarə əsasında) klublarında da çıxış edib.
 
Xatırladaq ki, "Qəbələ" Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest