"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL klubu ilə səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, çalışdırıcı əvvəlcə 1:1 hesablı heç-heçə ilə başa çatan matç barədə fikirlərini bildirib:

- İki xarakterli komanda üz-üzə gəldi və çox yaxşı mübarizə getdi. Bəlkə də, hər iki komanda minimum uduzmamağı haqq edirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki hissədə xeyli qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Futbolçular sonra kimi hücum etməkdən çəkinmədilər. Son dəqiqələrdə qol vurub bərabərlik əldə etdilər. Komandamı təbrik edirəm. Bu oyun heç nə demir. Cavab matçı var. Bakıda daha maraqlı oyun alına bilər. Hər iki komandanın futbolçularına uğurlar arzulayıram.

- Fikrinizcə burdakı heç-heçədən sonra üstünlüyünüz varmı? Yoxsa səfər qolu qadağasının ləğvinə görə hər hansı əhəmiyyəti yoxdu?
- Əvvəllər üstünlük idi. İndi fərqlidi. Ancaq bərabərlik heç də pis nəticə deyil. Sadəcə, hər iki tərəf üçün eynidi. Onu düşünsək, məğlub olmuş olarıq. Bakıdakı oyunda iki matçın nəticəsinə görə mərhələ adlamağa çalışacağıq. Məqsədimiz qol vurub, buraxmamaq olacaq.

- Oyunun sonlarında nə baş verirdi? Yəqin ki, UEFA nümayəndəsi və digər rəsmilərlə danışmısız. Hansı cəza tədbirləri gözlənilir?
- İstəməzdik ki, belə hal yaşansın. Buna UEFA baxacaq. Onların üzərinə düşən işdi. Belə hal nə rəqib komanda, nə də bizim üçün xoşdu. ümumən, idmançılarıq, meydanda öz işimizlə məğul olmağa çalışmalıyıq. Ancaq bəzən elə hallar olur ki, hamımız buna reaksiya veririk. çünki həddən artıq şişirdilir, tanımadığımız, bilmədiymiz kimlərsə belə şeylərə yol verir. Dəfələrlə "Qarabağ"a qarşı belə təxribatlar olub. Həmişə öz mədəniyyətimizi göstərmişik. Azərbaycanı təmsil edirik, maksimum səbrli olmağa çalışmalıyıq. Onu deyə bilərəm ki, heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, çalışırıq ki, idman prinsiplərinə uyğun davranaq. Belə hallar çox olub. Dünya futbolunda da baş verir. Bəlkə, bu da futbolun bir özəlliyidi. Ancaq bu cür şeylərin baş verməsini istəmərik. çünki nəticə heç də yaxşı olmur. Əxlaqımızı mədəniyyətimizi qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi də bizə təşəkkür etdi. O da görürdü ki, azarkeşlər həddən artıq aqressiv idilər. Futbolçuların üzərinə bəzi şeylər atdılar. Birinin başına, birinin qoluna dəydi. Əlbəttə, belə şey bizə təsir tməz. O da bunu görürdü. Mən maksimum çalışırdım ki, futbolçuları sakitləşdirim. Ancaq özüm də bir qədər aqressivləşdim. Bakıda yenə diman prinsiplərini qoruyub saxlamağa çalışacağıq. İşimiz özümüzü meydanda doğru-düzgün idarə etmək və yaxşı nəticə qazanmaqdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest