Azərbaycanın daha 3 güləşçisi bu gün Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, qadın güləşində Mariya Stadnik mötəbər yarışa uğurlu start verib.

33 yaşlı güləşçi 1/8 finalda ROK (Rusiya Olimpiya Komitəsi) təmsilçisi Stalvira Orşuş ilə qarşılaşıb. İdmançımız  rəqibi üzərində 11:7 hesablı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.

Onun 1/4 finalda rəqibi Sarra Hamdi (Tunis) olub. Güləşçimiz rəqibinə bu dəfə vaxtından əvvəl qalib gələrək (10:0), yarımfinala vəsiqə qazanıb. Mariya finala yüksəlmək üçün 3 il əvvəl İsveçdəki beynəlxalq turnirdə uduzduğu Yaponiya güləşçisi Yui Susaki ilə dueldən qalib ayrılmalı idi. İlk hissədə Susaki Mariyanı 1:0 hesabı ilə məğlub edib. İkinci hissədə də daha güclü olan yaponiyalı görüşü vaxtından əvvəl qələbə ilə başa vurub - 11:0. Məğlubiyyətə baxmayaraq, Stadnik sabah bürünc medal uğrunda görüşə çıxacaq.
 

Kişi sərbəst güləşçilərimizdən Şərif Şərifov (97 kq) ilk görüşdə uğursuz çıxış edib və qızıl medal qazanmaq şansını itirib. O, 1/8 finalda Rio-2016-nın qalibi olmuş, 4 qat dünya və Avropa çempionu Abdulrəşid Sadulayev (Rusiya Olimpiya Komitəsi) ilə üz-üzə gəlib. İdmançımız bu dueldən məğlub ayrılıb - 0:5. Bununla belə, Sadullayev finala yüksəldiyi üçün Şərif təsəlliverici görüşlərə qatılacaq.

Hacı Əliyev (65 kq) isə 1/8 finalda Adama Diatta (Seneqal) ilə qüvvəsini sınayıb. Afrika təmsilçisi üzərində 4:0 hesablı qələbə qazanan Əliyev 1/4 finala adlayıb.  Güləşçimizin bu mərhələdəki rəqibi qazaxıstanlı Daulet Niyazbekov olub. Uğurlu çıxışını davam etdirən Hacı rəqibini 9:1 hesabı ilə məğlub edərək, yarımfinala çıxıb.

Güləşçimizin bu mərəhlədəki rəqibi Bayranq Bayranq  (Hindistan) olub. Bu dueldən də qalib ayrılan (12:5) idmançımız finala vəsiqə qazanaraq, ən azından gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah ba. tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest