"Neftçi"nin futbolçusu Namiq Ələsgərov fərdi məşqlərə başlayıb. Matc.az xəbər verir ki, o, "İnstaqram" hesabında məşq zalından fotosunu paylaşıb. 
 
Millimizin də formasını geyinən futbolçu, "let start" yazaraq məşqlərə başladığının mesajını verib.
 
Ələsgərov "Neftçi"nin UEFA çempionlar Liqasının 2-ci mərhələsinin Yunanıstanın "Olimpiakos" komandası ilə səfər oyununda (0:1) üzündən ciddi zədə almış və əməliyyat olunmuşdu.
 
"Neftçi" hazırda Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HJK komandası ilə mübarizə aparır. "Ağ-qaralar" ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Finlandiyada keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest