İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, öz müdafiəçisi Kristian Romeronu 55 milyon avroya "Tottenhem"ə satan A Seriyası təmsilçisi, türkiyəli futbolçu Merih Demiralı heyətinə qatıb.
 
Berqamo klubu 23 yaşlı müdafiəçini "Yuventus"dan satınalma şərti ilə icarəyə götürüb. "Atalanta" Türkiyə millisinin üzvünü mövsümün sonunda heyətində saxlamaq istəsə, bunun üçün 30 milyon avrosundan keçməli olacaq. Merih yeni komandasında "28" nömrəli formanı geyinəcək.
 
Demiral 2019-cu ildən "Yuventus"da çıxış edirdi. O, geridə qalan iki mövsüm ərzində Turin klubunun heyətində 32 matça çıxıb, 1 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest