07 Avqust 2021, 16:09
DÖYÜŞ NÖVLƏRİ
Karatenin kumite növündəki təmsilçimiz İrina Zaretska (+61 kq) Tokio-2020-də mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, Zaretska ilk görüşünü Ayumi Uekusaya (Yaponiya) qarşı keçirib. Karateçimiz 4:1 hesabı ilə qələbə qazanıb.
Ardınca Zaretska Silviya Semeraro (İtaliya) ilə qarşılaşıb. Bu dəfə də sevinən tərəf Azərbaycan idmançısı olub. İrina italiyalı karateçini 3:2 hesabı ilə məğlub edib.
Zaretska üçüncü görüşünü Sofya Berultsevaya qarşı keçirib. 25 yaşlı idmançımız qazaxıstanlı karateçiyə 4:5 hesabı ilə uduzub. Bu, İrinanın ilk məğlubiyyətidi.
Zaretskanın qrupdakı sonuncu rəqibi Meltem Hocaoğlu (Türkiyə) olub. O, türkiyəli idmançını 4:0 hesabı ilə üstələyib. Keçirdiyi dörd görüşün üçündən qalib ayrılan İrina A qrupunu birinci sırada tamamlayıb.
İrina yarımfinalda B qrupunun ikincisi Qonq Li (çin) ilə qarşılaşıb. Təmsilçimiz Liyə 7:2 hesabı ilə qalib gələrək finala yüksəlib və minimum gümüş medalı özünə təmin edib.
Zaretskanın finaldakı rəqibi Feryal Abdelaziz (Misir) olub. İrina rəqibinə 0:2 hesabı ilə məğlub olaraq gümüş mükafata sahib çıxıb. Bu, Azərbaycanın Tokio-2020-də qazandığı üçüncü gümüş, ümumilikdə isə yeddinci medaldı.
A qrupu
İrina Zaretska (Azərbaycan) - Ayumi Uekusa (Yaponiya) - 4:1
İrina Zaretska (Azərbaycan) - Silviya Semeraro (İtaliya) - 3:2
İrina Zaretska (Azərbaycan) - Sofya Berultseva (Qazaxıstan) - 4:5
İrina Zaretska (Azərbaycan) - Meltem Hocaoğlu (Türkiyə) - 4:0
Yarımfinal
İrina Zaretska (Azərbaycan) - Qonq Li (çin) - 7:2
Final
İrina Zaretska (Azərbaycan) - Feryal Abdelaziz (Misir) - 0:2