Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb. Matç.az xəbər verir ki, bu medala sərbəst güləşçimiz Hacı Əliyev sahib çıxıb. 65 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız finalda yaponiyalı Takuto Otoquroya uduzaraq (4:5), Olimpiadanı ikinci yerdə başa vurub.

Əliyev 1/8 finalda Adama Diatta (Seneqal), 1/4 finalda  Daulet Niyazbekov (Qazaxıstan),  1/2 finalda Bayranq Bayranqı  (Hindistan) məğlub etmişdi.

Qeyd edək ki, bunadək Azərbaycan idmançılarından  karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest