"Mənə elə gəlir ki, final görüşü üçün taktikanı düzgün qurmuşdum. Rəqib fiziki cəhətdən çox zəif idi. Bunu güləşəndə hiss edirdim". Matc.az xəbər verir ki, bunu Azərbaycan güləşçisi Hacı Əliyev deyib. 
 
Yay Olimpiya Oyunlarının finalında yaponiyalı idmançıya uduzan Əliyev qızıl medalı əldən verməsi haqda danışıb: "Görüş başlayandan 5-6 dəfə ayağımdan fənd etməyə çalışırdı. Sona az qalmış bunu etdi. Həmin anda elə görüntü yarandı ki, mənə də 2 xal verilməliydi. Ancaq ədalətsizlik edə bilmərəm. Hakimlər həmin epizodda doğru qərar verdi. Ancaq rəqib mübarizədən aşkar yayınırdı. Kəllə və cırmaq atırdı. Görüşü saxlayıb guya zədələndiyini bildirirdi…
 
Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şey etmişdim. çox əziyyət çəkmişdim. Qismət belə imiş. Ancaq şükür Allaha ki, medalsız qalmadım. Bu, bəlkə də mənim sonuncu Olimpiadam idi".
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest