07 Avqust 2021, 18:26
DÖYÜŞ NÖVLƏRİ
"Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi"
Tokio Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Mariya Stadnik mükafatlandırma mərasimindən sonra fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, güləşçimiz üçüncü olduğuna görə özünü xoşbəxt saydığını bildirib: "Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm. Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam".