Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rostov"la qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
 
3 turdan sonra 4 xalı olan "Ximki" 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest